BDU-da İlham Mazanlının kitablarının təqdimatı olub

14/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasınn mərhum dosenti İlham Mazanlının “Jurnalistika və müasir dövrün qlobal problemləri”, “Jurnalistika və beynəlxalq  humanitar hüquq” kitablarının təqdimat mərasimi keçirilib.

Əvvəlcə mərhumun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra fakültənin Tədris teleradio studiyasının İlham Mazanlıya həsr etdiyi videoçarx nümayiş olunub.

Tədbirin moderatoru, fakültənin dekan müavini Samir Mirzəyev bugünkü tədbirin 27 mart – Azərbaycan Respublikasında “Elm Günü” ilə bağlı silsilə tədbirlərdən biri olduğunu qeyd edib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev İlham Mazanlı ilə bağlı xatirələrini bölüşüb, onun yazdığı kitabların əhəmiyyətindən bəhs edib. Vüqar Əliyev İlham Mazanlının ərsəyə gətirdiyi mükəmməl əsərlərin tələbələrin stolüstü kitabına çevriləcəyini vurğulayıb.

Digər çıxışçılar İlham Mazanlının həm pedaqoq, həm də dəyərli insan kimi qəlblərdə  əvəzsiz yer  tutduğunu bildiriblər. Həyat eşqi ilə dolu olan elm adamının miras qoyduğu kitabların özünəməxsusluğunu vurğulayıblar.

İlham Mazanlının ailəsi adından çıxış edən qohumu Aygün Xəlilqızı tədbirin təşkilinə görə fakültə kollektivinə təşəkkürünü bildirib.

Xəbərlər

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir
07/07/2026

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”
07/07/2026

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır
07/07/2026