BDU-da "Liderlik nədir? - yeni nəsil yanaşma" mövzusunda tədbir keçirilib

24/04/2025

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatı və “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının birgə təşkilatçılığı ilə "Liderlik nədir? - Yeni nəsil yanaşma" adlı tədbir keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetdə həyata keçirilən sosial layihələrdən, xüsusilə də "BDU könüllüləri" təşkilatının tələbələrin sosial fəallığının artırılmasında önəmli rolundan bəhs edib. O, “AIESEC Azərbaycan” təşkilatının gənclər arasında liderlik bacarıqlarının üzə çıxarılması və qlobal düşüncə tərzinin formalaşdırılması baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Vəfa İsmayılova liderlik anlayışı, yeni nəsil liderlərin malik olmalı olduqları əsas keyfiyyətlər, gənclərin bu yolda qarşılaşdıqları fürsətlər və çətinliklər barədə məlumat verib.

“AIESEC Azərbaycan”ın marketinq və ictimaiyyətlə əlaqələr üzrə komitə sədri Nazənin Məmmədli gənclərin liderlik bacarıqlarını reallaşdırmaq üçün qlobal platformanın praktiki təcrübə və sosial layihələrdə iştirak imkanı yaratdığını qeyd edib.

“BDU könüllüləri” təşkilatının sədr müavini Rüstəm Əliyev təşkilatlararası tərəfdaşlıq sayəsində reallaşdırılan layihələrin gənclərin fərdi və ictimai inkişafına töhfə verdiyini bildirib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026