BDU-da çöl-tədris təcrübələri başlayıb

17/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələri və SABAH Mərkəzinin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarının buraxılış kurs tələbələrinin tədris planına uyğun olaraq 2023-cü il may ayının 15-dən etibarən Quba, Şamaxı, Qəbələ, Lənkəran rayonlarında çöl-tədris təcrübəsi keçmələri nəzərdə tutulub.

Qeyd olunan fakültələrin buraxılış kurs tələbələri təcrübə rəhbərləri tərəfindən həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış edilir, əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılırlar.

Tarix fakültəsinin bakalavriat səviyyəsi üzrə buraxılış kurs tələbələrinin isə Qəbələ Arxeoloji Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırım Memorial Kompleksi, Şamaxı şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədris təcrübəsi keçmələri nəzərdə tutulur.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026