BDU-da Lütfi Zadənin 100 illik yubleyinə həsr edilmiş regional elmi konfrans keçirilib

04/02/2021

Bakı Dövlət Universitetində (BDU) dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubleyinə həsr edilmiş regional elmi konfrans keçirilib.

Konfransdan əvvəl BDU kollektivi qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin Fəxri Xiyabanda qəbirüstü abidəsini ziyarət edib, məzarı önünə əklil qoyub.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan konfransda BDU-nun və digər ali məktəblərin, eləcə də Türkiyə Respublikasının bir sıra universitetlərindən olan tədqiqatçı alimlərin məruzələri dinlənilib.

Moderator, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov nitqində yubileylə bağlı tədbirlər planı və bu günkü konfrans haqqında məlumat verib. Lütfi Zadənin mühüm nəzəriyyələrinin əhəmiyyəti və onların hazırda elm və istehsalatda geniş şəkildə tətbiq olunduğunu qeyd edib.

BDU-nun rektoru Elçin Babayev dahi alim Lütfi Zadənin həyatı və elmi tədqiqatlarından bəhs edərək onun elmi ideya və nəzəriyyələri haqqında məruzə ilə çıxış edib. L.Zadənin zəngin elmi fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirildiyini, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Prezidentin 2021-ci il 25 yanvar tarixli Sərəncamını qeyd edib. Böyük alimin həm ölkəmizdə, həm də dünya miqyasında öz layiqli qiymətini aldığını, onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü deyib. Lütfi Zadənin nəzəriyyələrinin elm və istehsalatda geniş şəkildə tətbiq olunmasından, elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin dünya elminə, texnologiyaya geniş nüfuz etməsindən bəhs edib. Alimin irəli sürdüyü və inkişaf etdirdiyi nəzəriyyələrin müxtəlif elm sahələrinin, süni intellekt sahəsində tədqiqatların inkişafına böyük təkan verdiyini və bu nəzəriyyələrin üstün intellektual texnologiyalara güclü təsir göstərərək müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb. Rektor E.Babayev qeyd edib ki, BDU-da məqsədilə bakalavriat və magistratura pillələrində Lütfi Zadənin elmi irsinin tədqiq edilməsi buraxılış və dissertasiya işlərinin tədqiqat mövzusu kimi tədris planına əlavə ediləcək. BDU-da, BDU-nun Qazax filialında, BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə və “Gənc İstedadlar” liseyində tədbirlər, ustad dərsləri təşkil ediləcək, seminarlar, konfranslar keçiriləcək.

Ailə üzvləri adından çıxış edən Azərbaycanın Respublikasının xalq artisti, professor Cənnət Səlimova konfransın təşkilinə görə BDU-ya və tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib, xatirələrini bölüşüb.

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Oqtay Babazadə çıxış edərək rejissoru olduğu “Uzaq və yaxın Lütfi Zadə” filminin çəkilişləri və Lütfi Zadə ilə görüşləri haqqında danışıb, xoş xatirələrindən bəhs edib.

Konfransda BDU-nun baş müəllimi Fuad Qurbanov, Qazi Universitetinin professoru Çetin Elmas, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Reyhan Şıxlinskaya, Türkiyə 9 Eylül Universitetinin professoru Efendi Nasiboğlu, Türkiyə Kocaeli Universitetinin professoru Çiğdem Gündüz, BDU-nun professorları Əziz Məmmədov və Sədi Bayramov, Türkiyənin Qafqaz Universitetinin dosenti Taha Yasin Öztürk, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Möhübbət Əhmədovun Lütfi Zadənin elmi tədqiqatları haqqında məruzələri dinlənilib.

Sonda Lütfi Zadəyə həsr olunmuş foto-təqdimat nümayiş etdirilib.

 

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024