BDU-da maarifləndirici seminar: “Zərərli vərdişlərlə birgə mübarizə aparaq!”

09/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Zərərli vərdişlərlə birgə mübarizə aparaq!” adlı maarifləndirici seminar keçirilib.

BDU-nun ərazisində yerləşən 30 nömrəli şəhər poliklinikasının həkim-terapevti Günay Allahverdizadə nikotin, alkoqol və narkotik maddələrin insan orqanizminə, xüsusilə də gənclərə verdiyi zərərlər, yaratdığı fəsadlar barədə ətraflı məlumat verib.

Biologiya fakültəsi üzrə TGT sədri Nigar Hüseynova isə siqaretin insan orqanizmində hüceyrə, toxuma, orqan səviyyəsində yaratdığı dəyişikliklərə, tənəffüs, ürək-damar sistemi və xərçəng xəstəliklərinə səbəb olmasına dair təqdimat edib.

Seminarda zərərli vərdişlərin fizioloji təsirləri ilə yanaşı, sosial və psixoloji təsirlərinə də toxunulub. Sağlam həyat tərzinin təşviqinin vacibliyi və gənclər arasında maarifləndirmənin önəmi vurğulanıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026