BDU-da maarifləndirici tədbir: “Səhvlərindən öyrən”

07/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Səhvlərindən öyrən” mövzusunda maarifləndirici təlim keçirib.

Təlimdə Universitetin müxtəlif fakultələrindən tələbələr iştirak ediblər. Təlimin əsas məqsədi tələbələrdə səhvlərə qarşı formalaşmış mənfi yanaşmanı dəyişmək, uğursuzluqları inkişaf və öyrənmə prosesinin təbii hissəsi kimi dəyərləndirməyə dəstək olmaq idi.

Sektorun psixoloqu İlkanə Mənsumova iştirakçılara səhv anlayışının psixoloji tərəfləri, özünüqiymətləndirmə və sağlam özünütənqid bacarıqları haqqında məlumat verib. Təlimdə peşmanlıq, uğursuzluq və səhv etmək qorxusunun insan davranışına təsiri müzakirə olunub, bu hisslərlə sağlam şəkildə mübarizə aparma yolları izah edilib.

İnteraktiv müzakirələr və praktik nümunələr əsasında keçirilən təlimdə tələbələr gündəlik həyatda və təhsil prosesində qarşılaşdıqları çətinlikləri analiz etmək, təcrübədən nəticə çıxarmaq və yeni inkişaf strategiyaları formalaşdırmaq imkanı qazanıblar.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026