BDU-da maarifləndirmə tədbiri - “Sağlam gənclər- sağlam gələcək”

20/10/2023

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Avisenna” klubunun təşkilatçılığı ilə “Sağlam gənclər - sağlam gələcək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

“Avisenna” klubunun rəhbəri Emil Vəliyev bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd gənc nəslin sağlam vətəndaş, yararlı bir fərd kimi yetişməsinə töhfə verməkdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim-infeksionisti Zəminə Paşayeva iştirakçılara İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliklərinə yoluxma yolları, onun profilaktikası, müayinəsi və müalicəsi haqqında ətraflı məlumat verib.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzinə marağı artırmaq üçün maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın vacibliyini vurğulayıb.

Tədbirin ikinci hissəsində iştirakçılara QİÇS-lə bağlı broşurlar, bukletlər paylanılıb və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün ödənişsiz müayinə keçirilib.

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026