BDU-da Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılır

29/10/2025

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədilə Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılır.

Bununla bağlı Universitetin Elmi Şurası qərar qəbul edib.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra azad edilmiş torpaqlarımızda yerləşən və tarixi əsrlərlə ölçülən mədəni irsimizin öyrənilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir. BDU-nun güclü elmi-pedaqoji potensialı bu sahədə genişmiqyaslı tədqiqatların aparılmasına imkan yaradır. Universitet alimləri tərəfindən Azərbaycanın mədəni irsi ilə bağlı elmi-tədqiqat işləri yerinə yetirilir, elmi və elmi-kütləvi məqalələr hazırlanır. Bu istiqamətdə araşdırmaların sistemli xarakter alması və əldə olunan nəticələrin geniş ictimaiyyətə təqdim edilməsi işində yeni yaradılan Mərkəz əhəmiyyətli rol oynayacaq.

 

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026