BDU-da magistratura səviyyəsində yeni ixtisaslaşma: "Kompüter elmləri və texnologiyaları"

31/05/2021

Kompüter elmləri və texnologiyalarının sürətli inkişafı bir çox problemlərin və mürəkkəb praktiki məsələlərin həllinin aktuallaşmasına gətirib çıxarır. Veb dizaynın, elektron ticarət sistemlərinin, böyük məlumat bazalarının, süni intellekt sistemlərinin,  kompüter qrafikasının, hesablama buludlarının, informasiyanın təhlükəsizliyinin təmin olunması sistemlərinin və s. yaradılması kimi problemlərin həlli üçün "kompüter elmləri və texnologiyaları" üzrə mütəxəssislərə ehtiyac duyulur.

Əmək bazarında Verilənlər bazası inzibatçısı; Veb dizayner; NET tərtibatçısı; Veb tərtibatçısı; Kompüter şəbəkələrinin inzibatçısı; Sistem inzibatçısı; Biznes analitik və s. kimi mövqelərə olan böyük təlabat, o cümlədən, ölkəmizdəki sənaye müəssisələrində və biznes sektorunda rəqəmsal transformasiya və modernləşmə istiqamətində məlumatların rəqəmsallaşdırılması, tətbiqi analitika, innovativ həll və s. kimi məsələlər üzrə texnologiyalara olan böyük ehtiyac bir daha “Kompüter elmləri və texnologiyaları” ixtisası üzrə təcrübəli ixtisaslaşmış mütəxəssislərin tez bir zamanda hazırlanmasını aktual edir.

Bütün bunları nəzərə alaraq, 2021-ci il 15 sentyabr tarixindən Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura səviyyəsinin “kompüter elmləri” ixtisasında “kompüter elmləri və texnologiyaları” ixtisaslaşması açılacaqdır. İxtisaslaşmanın əsas məqsədi kompüter elmləri sahəsində təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmaqdır.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026