BDU-da "Magistratura təhsili haqqında" seminar keçirilib

14/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və SABAH mərkəzinin təşkilatçılığı ilə "Magistratura təhsili haqqında" seminar keçirilib.

Seminarda "Magistratura.az" Tədris Mərkəzinin təhsilin təşkili və idarəolunmasi üzrə meneceri Mirzə Mehili, ictimaiyyətlə əlaqələr və SMM üzrə meneceri Aysel Hilal magistratura təhsili, dövlət qulluğu, müəllimlərin işə qəbulu və karyera planlaması haqqında danışıblar.  

Tədbirdə çıxış edən BDU SABAH mərkəzinin dekan müavini Gündüz Camalzadə, BDU THİK sədri Hacıbaba Mustafayev və BDU THİK-in SABAH qrupları üzrə sədri Firəngiz Qurbanova magistr təhsilinin tələbələrin inkişafındakı mühum rolundan bəhs edib və öz təhsil təcrübələrini iştirakçılarla bölüşüblər.  

Təlim interaktiv formada davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026