BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

14/11/2019

Bakı Dövlət Universitetində SABAH qruplarının təşkilatçılığı ilə “GoldenPay” şirkəti tərəfindən təlim keçirilib. Təlimin məqsədi tələbələri praktiki biliklərə yiyələndirmək, gələcək karyeralarında inkişaf etmələri üçün təkan vermək, intellektual potensiallarından düzgün yöndə istifadə etməyin yollarını aşılamaq olub.

“GoldenPay” şirkətinin İdarə Heyətinin üzvü, Məhsulların İnkişafı və Marketinq  üzrə direktoru Tuğba Uçar marketinqin kommunikasiya sistemindən danışıb. O, tələbələrə marketinqin kommunikasiya sistemi tələbatının formalaşması, satışın artırılması üsulları və metodları barədə məlumat verib. Tuğba Uçar həmçinin məqsəd auditoriyasının düzgün seçilməsinin vacibliyindən bəhs edib.

Daha sonra çıxış edən “GoldenPay” şirkətnin layihə rəhbəri Fəxri Hüseynov startap və layihələrin idarə edilməsi haqda məlumat verib. O, layihələrin idarəolunması sisteminin düzgün qurulmasının əhəmiyyətindən, startap ideyalarının kreativ olmasının zəruriliyindən söz açıb.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026