BDU-da “Mart soyqırımı - 104” adlı kitab sərgisi açılıb
31/03/2022
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart soyqırımı -104” adlı kitab sərgisi təşkil edib.
Sərgidə kitabxananın fondlarında mühafizə olunan “Azərbaycanlıların soyqırımı", "Azərbaycanda böyük terrorun tarixi", "Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı", "Erməni xəyanəti", "Erməni yalanları və tarixi həqiqətlər" və s. kimi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri özündə əks etdirən Azərbaycan, ingilis və rus dillərində 40-dək kitab nümayiş olunur.
Sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.
Xəbərlər
BDU tələbələrinin nəzərinə!
BDU tələbələrinin nəzərinə!
BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
