BDU-da “Müasir dünya ədəbi prosesi və Azərbaycan” mövzusunda ustad dərsi

31/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ustad dərsi keçirilib. Ustad dərsində kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.  
Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev “Müasir dünya ədəbi prosesi və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib.
Cəlil Nağıyev dünya ədəbi prosesinin inkişaf mərhələləri və əsas meyilləri barədə məlumat verib. Məruzədə antik ədəbiyyatın böyüklüyü, möhtəşəmliyi göstərilib, eləcə də orta əsrlər və intibah dövrü Şərq ədəbiyyatı haqqında məlumat verilib. İntibah dövrü Avropa ədəbiyyatının əsas inkişaf meylləri göstərilib, ondan sonrakı dövrlərdə Qərbi Avropa və dünya ədəbiyyatının inkişaf istiqamətləri təhlil edilib. Eyni zamanda XIX əsrin sonlarından başlayaraq bu günə qədər davam edən ədəbi proseslər müqayisəli aspektdə təqdim olunub.
Məruzədə dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqəsi təhlil olunub.
Cəlil Nağıyev bildirib ki, müasir Azərbaycan ədəbiyyatı inkişaf etmiş Avropa ədəbiyyatı ilə daha intensiv əlaqələr qurur. Azərbaycan ədəbiyyatı Avropanın qabaqcıl ədəbi ənənələrindən qidalanır. Müasir Azərbaycan yazıçılarının əsərləri bir sıra dünya xalqlarının dillərinə tərcümə olunur. Son illərdə dünya ədəbiyyatının inciləri də orijinaldan Azərbaycan dilinə daha intensiv şəkildə tərcümə olunur. Dünya ədəbiyyatı ilə tanışlıq prosesi hazırda Azərbaycanda daha dərin və əhatəli şəkildə inkişaf edir.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024