BDU-da “Müasir filologiya: problemlər, çağırışlar, hədəflər” mövzusunda Respublika elmi konfransı

05/05/2026

Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir filologiya: problemlər, çağırışlar, hədəflər” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransın plenar iclasında müxtəlif elm və ali təhsil müəssisələrindən tanınmış alimlər, dilçi və ədəbiyyatşünaslar, gənc tədqiqatçılar iştirak ediblər.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sosial, ictimai və iqtisadi həyatındakı mühüm rolundan bəhs edib. O qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dekan vurğulayıb ki, filoloqların əsas vəzifəsi Azərbaycan dilinin və ədəbiyyatının inkişafına töhfə verməkdir və keçirilən konfrans da bu məqsədə xidmət edir. Bildirilib ki, konfransa 200-ə yaxın elmi məqalə təqdim olunub.

Daha sonra Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov “Heydər Əliyevin azərbaycançılıq ideologiyası” mövzusunda məruzə ilə çıxış edib. O, azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən danışaraq bildirib ki, ana dilinə hörmət, dövlətçiliyə sədaqət və milli tarixə ehtiram bu ideologiyanın əsasını təşkil edir. Akademik əlavə edib ki, azərbaycançılıq ideologiyası birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ideologiyanın həm nəzəri, həm də praktik şəkildə formalaşdırılaraq cəmiyyətə təqdim edilməsi məhz bu siyasi kursun nəticəsidir.

Plenar iclasda Türkologiya kafedrasının professor Elbruz Əzizovun “Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Heydər Əliyev və milli mədəniyyət” adlı məruzələri dinlənilib.

Konfrans öz işini doqquz bölmədə davam etdirib. Bölmə iclaslarında 100-ə yaxın elmi məruzə dinlənilib.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026