BDU-da “Müasir təhsilin məzmununda milli-mənəvi və ümumbəşəri dəyərlər” mövzusunda elmi konfrans keçirilib

05/05/2021

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində  Pedaqogika kafedrasının təşkilatçılığı ilə  “Müasir təhsilin məzmununda milli-mənəvi və ümumbəşəri dəyərlər” mövzusunda onlayn elmi konfrans keçirilib.

Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımovanın moderatorluğu ilə keçirilən konfransda gənclərdə vətənpərvərlik və milli-mənəvi şüurun təbliğində, milli mənlik şüurunun inkişaf etdirilməsində təhsilin rolu və vəzifələrindən irəli gələn məsələlər haqqında məruzələr edilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə “Kəşf yolu ilə öyrənmə təfəkkür və təxəyyülün inkişafı yolu kimi” mövzusunda məruzə ilə çıxış edərək müasir təhsildə vətənpərvərlik, mənəvi dəyərlər sisteminin gənclərə aşılaması, bu istiqamətdə görülən işlər barədə  geniş məlumat verib.

Plenar iclasda BDU-nun professoru Rüfət Hüseynzadə “Ulu Öndər Heydər  Əliyev  nəzəri  irsində  müəllimlik”, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi Akif Abbasov “Təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsində  pedaqoji ekspertizanın rolu”, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri İntiqam Cəbrayılov “Müasir təhsil və şəxsiyyətin formalaşdırılması problemi” mövzularında məruzələr ediblər.

Konfrans öz işini  bölmə iclaslarında davam etdirib.

 

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026