BDU-da müasir türk ədəbiyyatının nümayəndəsi, şair Ömər Ərdəm ilə görüş

16/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq, Filologiya fakültələri və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə müasir türk ədəbiyyatının nümayəndəsi, şair Ömər Ərdəm ilə görüş keçirilib.

Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha yaxşı təbliği və öyrədilməsi üçün belə tədbirlərin önəmini qeyd edib, son vaxtlar BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb. Daha sonra tələbələrə türk poeziyasının inkişaf mərhələləri haqqında məlumat verib.

Tələbələrlə görüşə şad olduğunu deyən şair Ömər Ərdəm isə tarixi və sosial-iqtisadi faktorların türk ədəbiyyatına təsirindən söz açıb, müasir dövrdə türk poeziyasının inkişafı və problemlərindən danışıb.

Şair yaradıcılığının əsas mövzusu və forma xüsusiyyətləri ilə bağlı sualları cavablandırıb, şeirlərini səsləndirib.

Tədbirin sonunda müəllif “İstanbul’a” şeir kitabını tələbələrə hədiyyə edib.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026