BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb

09/04/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Müasir universitet kitabxanası modeli” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov mövzu ilə bağlı məruzə edib.

Məruzədə əvvəlcə sahənin hüquqi bazası şərh edilib. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanunu, Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi, Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyasının (İFLA) qəbul etdiyi normativ xarakterli sənədlər barədə məlumat verilib. “Kitabxana işi haqqında” qanunda kitabxanaların elm, təhsil, tərbiyə, mədəniyyət, informasiya funksiyalarını yerinə yetirən sosial institut kimi təsbit olunduğunu diqqətə çatdıran məruzəçi müasir universitet kitabxanasını bütün bu funksiyaları həyata keçirən qurum kimi səciyyələndirib. Akademik kitabxanaların prioritetləri barədə danışan məruzəçi modern kitabxana infrastrukturu, hibrid kitabxana, kitabxana  və rəqəmsal mühit, sərhədsiz kitabxana, qlobal kitabxana və s. kimi mühüm anlayışları şərh edib: “Müasir universitet kitabxanası ilk növbədə tədqiqat kitabxanası funksiyasını yerinə yetirir. Ona görə də universitet kitabxanalarının müasir modelə uyğun inkişaf və transformasiyasının əsas istiqamətlərini müəyyənləşdirmək elm və təhsilin informasiya təminatında əsas tendensiya hesab olunur. Bu baxımdan ali təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətinin modelləşdirilməsi məqsədilə prioritet istiqamətləri müəyyənləşdirmək və strateji əsasların davamlı planlaşdırılmasını təmin etmək vacibdir”.

Məruzədə ali məktəb kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi sahəsində beynəlxalq təcrübə barədə geniş məlumat verilib, ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs olunub. Müasir universitet kitabxanasının strukturu, potensialı və hədəfləri elmi cəhətdən təhlil olunub, akademik mühitin təşviqi baxımından rəqəmsal resursların əhəmiyyəti vurğulanıb.

Rəşad Qardaşovun məruzəsi ətrafında geniş müzakirələr aparılıb. BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, Azərbaycan Texniki Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, BDU-nun kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan məruzə ilə bağlı fikirlərini bildiriblər.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025