BDU-da “Media idarəçiliyində yeni çağırışlar” mövzusunda elmi seminar

11/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında elmi seminar keçirilib. Doktorant Nurşərəf Tağıyeva “Media idarəçiliyində yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə internet mediada yeni çağırışların öyrənilməsi və tətbiqi modelləri hər zaman öz aktuallığı ilə seçildiyini, müasir dövrdə mediada yeni trendlər, həm də media menecmenti sahəsində özünü göstərdiyini diqqətə çatdırıb. Azərbaycan üçün yeni olan media menecmentinin tədqiq olunması, buradakı yeni çağırışların öyrənilməsi və Azərbaycan internet mediasında idarəçilik məsələlərinin araşdırılması, idarəçilik və menecment arasında oxşar və fərqli cəhətlər, menecmentin məqsədi, menecerin funksiyaları, internetin media idarəçiliyinə gətirdiyi yeniliklər, Azərbaycan mediasında menecment anlayışı kimi məsələlərdən bəhs edib.

Seminarda Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, filologiya elmləri doktoru Sabir Məmmədli, dosentlər Pərvanə İbrahimova, Aytəkin Zeynalovanın mövzu ilə bağlı fikirlərini bildiriblər.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026