BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib

08/05/2026

“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib. Görüşün qonağı tanınmış teleaparıcı Jalə Həsənli olub.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və sosial məsələlər və tələbələrlə iş dekan müavini Samir Mirzəyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının mediri Aynur Nəsirova qonağın televiziya sahəsindəki fəaliyyəti və peşəkar təcrübəsinin əhəmiyyəti barədə danışıblar. Qeyd ediblər ki, tələbə təşkilatları tərəfindən keçirilən belə görüşlər nəzəri biliklərin təcrübə ilə güclənməsi baxımından böyük əhəmiyyətə malikdir.

Daha sonra Jalə Həsənli televiziya təcrübəsindən söz açıb. Bildirib ki, efir zamanı və ya pərdəarxasında  baş verən gözlənilməz hadisələr aparıcının ümumi aurasına təsir etməməli, əsas diqqət təqdim ediləcək informasiyaya verilməlidir. Tanınmş teleaparıcı həmçinin Vətən müharibəsi və postmüharibə dövründəki efir təcrübəsi barəsində də danışıb.

Görüş interaktiv müzakirə formatında davam edib.

Xəbərlər

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
10/07/2026