BDU-da Mediasiya Şurasının üzvləri ilə görüş

11/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Mediasiya Şurasının üzvləri ilə görüş keçirilib.

Sosial iş kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, 20 saylı vəkil bürosunun müdiri, Mediasiya Şurasının işçi qrupunun rəhbəri və Bakı 2 saylı Mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, BDU-nun Sosial iş kafedrasının  müdiri, dosent Üzeyir Şəfiyev, həmçinin Mediasiya Şurasının əməkdaşları iştirak ediblər.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə çıxış edib. O, Mediasiya Şurası ilə BDU arasında əməkdaşlıqdan, mediasiyanın inkişaf perspektivindən, sosial iş ixtisasında təhsil alan tələbələrin könüllü kimi fəaliyyətinin zəruriliyi, eləcə də onların gələcəkdə mediasiya qurumlarında çalışmaq imkanlarından bəhs edib.

Mediasiya Şurasının işçi qrupunun rəhbəri  İlhamə Həsənova sosial işçilərin mediasiya qurumlarına verə biləcək töhfələr, mediasiya sistemində iş mexanizmi barədə fikirlərini bölüşüb.

Görüş müzakirə formasında davam edib. İştirakçılar tərəfindən tələbələrin sualları cavablandırılıb.

Görüşün sonunda tələbələrə müxtəlif kitablar hədiyyə edilib.

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026