BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar

26/11/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Milli memarlıq irsinin rəqəmsal xəritəsi” mövzusunda məruzə edib.

Knyaz Aslan 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Məruzədə milli memarlıq irsimizin rəqəmsal xəritəsi tarixi və mədəni abidələrin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsində müasir texnologiyaların tətbiqini təmin edən strateji əhəmiyyətli platforma kimi təhlil olunub. Tarixi abidələrin modelləşdirilməsi, restavrasiyası problemləri öyrənilib. Məruzəçi bildirib ki, tarix boyu xalqların kimliyini və mədəni səviyyəsini əks etdirən ən mühüm göstəricilərdən biri memarlıq irsidir: “Milli memarlıq irsinin rəqəmsal xəritəsi tarixi abidələrin dəqiq coğrafi koordinatlarını, arxiv sənədlərini, bərpa tarixçəsini və elmi təsvirlərini vahid platformada birləşdirən intellektual informasiya sistemidir”.

Tədqiqatda görkəmli memar, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin yaradıcılığı əsasında formalaşmış informasiya resurslarının arxitekturası kompleks şəkildə təhlil olunub. Dövlət başçısının “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli Sərəncamının sahə üzrə mövcud vəziyyətin daha dolğun öyrənilməsinə və effektiv informasiya təminatının formalaşdırılmasına geniş imkanlar açdığı qeyd edilib.

Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbərlər

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar
26/11/2026

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25/11/2026