BDU-da metal nanohissəciklərin canlı orqanizmlərə təsirinin xüsusiyyətləri öyrənilir

14/06/2024

Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının dosenti Çingiz Məmmədov, Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov və həmin kafedranın doktorantı Aysel Hacıyevanın həmmüəllifi olduqları “Adi çəkinin qaraciyərində dəmir oksidi nanohissəciklərinin yığılmasının ultrastruktur tədqiqatı (Cyprinus carpio (Linnaeus, 1758))” adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 4,5) “Aquatic Toxicology” jurnalında dərc olunub.

https://www.sciencedirect.com/science/article/pii/S0166445X24001310



Son illərdə nanohissəciklərin geniş tətbiqi, intensiv istehsalı onların ətraf mühitə, o cümlədən su ekosisteminə ötürülməsinə səbəb olub. Balıqlarda nanohissəciklərin toplanması, sahibində müxtəlif patoloji dəyişikliklərə səbəb olması müəyyən narahatlıqlar yaradır. Tədqiqatda adi çəkinin qaraciyərində Fe3O4 nanohissəciklərinin toplanması və bioakkumulyasiyası araşdırılıb.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026