BDU-da metal-yarımkeçirici kontaktlarının hazırlanması və tətbiqi üzrə tədqiqatlar davam edir

28/10/2021

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda Kondensə olunmuş hal fizikası şöbəsinin elmi işçisi Məhəmməd Həsənov “Metal-yarımkeçirici kontaktının xassələrinin mürəkkəb sistemlər nəzəriyyəsi əsasında təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Şottki diodlarının hazırlanmasında istifadə olunan və müxtəlif texnoloji metod və şəraitdə alınan nazik metal təbəqələrin quruluşunun və xassələrinin müxtəlifliyinin geniş diapazonda dəyişdiyi qeyd edilib. Mürəkkəb sistemlər nəzəriyyəsi əsasında metal-yarımkeçirici kontaktlarında (toxunma səthinin qeyri-bircinsliyi nəzərə alınmaqla) baş verən elektrofiziki xassələr araşdırılıb və alınmış nəticələrin tətbiq imkanları müəyyənləşdirilib.

Elmi seminarda İnstitutun əməkdaşları və doktorantlar iştirak edib.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026