BDU-da Mexanika-riyaziyyat fakültəsinin 50 il əvvəlki məzunlarının görüşü

10/07/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşəbbüsü ilə Mexanika-riyaziyyat fakültəsinin 1973-cü il məzunlarının görüşü keçirilib.  Görüşün keçirilməsinin əsas məqsədi BDU məzunları ilə əlaqənin daha da genişləndirilməsi olub.

Tədbiri giriş sözü ilə Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev açıb. O, qocaman məzunların uzun fasilədən sonra universitetdə görüşmələrini müsbət ənənə kimi qiymətləndirərək, bunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə məzunlara Universitetdəki yeniliklər və qazanılan uğurlar barədə məlumat verilib. Qeyd edilib ki, bu illər ərzində BDU-da baş verən əsaslı dəyişikliklər, nəzərəçarpan inkişaf, digər universitetlərlə müqayisədə üstünlüklər sevindirici hallardır. Görüş zamanı həmçinin məzunların məşğulluq vəziyyəti, onların cəmiyyətdəki mövqeyi, karyeralarında əldə etdiyi uğurlar müzakirə olunub.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026