BDU-da Mexanika-riyaziyyat fakültəsinin məzunları ilə görüş

18/07/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşəbbüsü ilə Mexanika-riyaziyyat fakültəsinin 2002-ci il məzunlarının görüşü keçirilib.  

Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyadxan Əliyev məzunları salamlayaraq, onları yenidən Universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, BDU məzunları ilə əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq onlarla görüşlər keçirilir.  

Görüş zamanı məzunlar xatirələrini bölüşərək, Universitetdə bu illər ərzində müsbət dəyişikliklərin baş verdiyini vurğulayıblar. Görüşdə məzunların karyeraları, qazandıqları nailiyyətlər müzakirə olunub, belə görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.  

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026