BDU-da Müşfiq Xanla görüş keçirildi
04/12/2015
Bakı Dövlət Universitetində detektiv yazıçı Müşfiq Xanla tələbələrin görüşü keçirilib.
Görüşü giriş sözü ilə “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin sədri Daşqın Qənbərov açıb. O, tədbir iştirakçılarına müəllif haqqında geniş məlumat verib. Daha sonra söz alan Müşfiq Xan öz növbəsində universitet rəhbərliyinə təşəkkürlərini bildirib. O, “Mütaliə və detektiv janr” mövzusunda mühazirə oxuyub.
Çıxışlardan sonra yazıçı tələbələrin suallarını cavablandırıb. Tələbələr müəllifə “Sonuncu hədiyyə”, “Ümidlərin izi ilə” və “U geni” kitabları ilə bağlı suallar ünvanlayıblar. Tədbirdə həmçinin detektiv roman janrı barəsində müzakirələr aparılıb.
Sonda Müşfiq Xan gənclər üçün kitablarını imzalayıb.
Mətbuat və informasiya şöbəsi, 04 dekabr 2015-ci il.
![]() |
![]() |
Xəbərlər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış


