BDU-da “Məhkəmə Genom Ekspertiza Simulyasiyası”

19/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) "Məhkəmə Genom Ekspertiza Simulyasiyası" adlı interaktiv təlim-simulyasiyası keçirilib.

Təlimin məqsədi tələbələrə məhkəmə-genom ekspertizası sahəsində praktiki bilik və bacarıqlar aşılamaq, onları sübutların elmi təhlili prosesinə cəlb etməklə tədqiqat vərdişlərini inkişaf etdirməkdir. İştirakçılara məhkəmə-genetik ekspertizalarda istifadə olunan bioloji və genetik testlər, onların tətbiq sahələri barədə nəzəri məlumatlar təqdim olunub. Sonra komandalar onlara verilən materiallar əsasında tədqiqat və analizlər aparıblar. Sonda komandalar öz işlərinin nəticələrini təqdim ediblər.

Təqdimat mərasimində Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov çıxış edərək, bu cür praktiki təlimlərin tələbələrin gələcək peşəkar fəaliyyətində mühüm rol oynadığını vurğulayıblar.

Təlimdə iştirak edən üç komandanın işi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən, 167A komandası qalib elan olunub və sertifikata layiq görülüb.

 

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026