BDU-da “Mikayıl Müşfiq-115” adlı kitab sərgisi

06/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə "Mikayıl Müşfiq – 115" adlı kitab sərgisi təşkil edib. Sərgidə qısa ömür yaşamasına baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyan Mikayıl Müşfiqin Azərbaycan və rus dillərində nəşr olunan əsərləri, redaktoru olduğu, tərcümə etdiyi və şair haqqında yazılmış 30-a yaxın kitab yer alır. “Teleqraf telləri” (1966), “Разбитый саз” (1968), “Yenə o bağ olaydı” (1976), “Qaya” (1978), “Звени, тар” (1981), “Vuruşmalar” (1987), “Həyat sevgisi” (1988) və s. kimi kitabların nümayiş olunduğu sərgidə şairin həyat yoldaşı Dilbər Axundzadənin qələmə aldığı “Müşfiqli günlərim” (1968) kitabı oxucuların böyük marağına səbəb olub.

Sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026