BDU-da "Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib

20/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin təşkilatçılığı ilə onlayn tədbir keçirilib. Tədbirdə Fəlsəfə kafedrasının dosenti Aygün Kərimova "Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər bir xalqın varlığı və milli kimliyinin qorunmasının onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlı olduğu bildirilib, mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı qeyd olunub. Çıxışçı Azərbaycan xalqının bir millət kimi formalaşmasında əsas amillərindən biri kimi zəngin mənəvi dəyərlər sisteminə malik olduğunu diqqətə çatdırıb.  Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmizdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Tədbirdə professor Əziz Məmmədov, dosent Arif Tağıyev mövzu ətrafında çıxış edərək milli dövlətçilik dəyərlərinin zənginləşdirilməsi və inkişafı üçün sağlam cəmiyyətin formalaşmasında gənclərin rolundan bəhs ediblər.

Sonda Tədbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayilov  gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində həyata keçirilən  tədbirlər haqqında məlumat verib.

 

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025