BDU-da Milli Məclisin üzvü Elnarə Akimova ilə tələbələrin görüşü keçirilib

23/04/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Milli Məclisin üzvü, BDU-nun məzunu Elnarə Akimova ilə tələbələrin görüşü keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov belə görüşlərin tələbə gənclərin inkişafı baxımından faydalı olduğunu deyib. Bildirib ki, tanınmış insanların uğur hekayələri həyatın növbəti mərhələlərində, karyera planlamasında faydalı ola bilər.

Daha sonra Elnarə Akimova “Ədəbi tənqid və uşaq ədəbiyyatı” mövzusunda çıxış edərək, uşaqların oxu mədəniyyətinin artırılmasının önəmindən söz açıb. Azərbaycanda dövlət uşaq siyasəti və uşaq ədəbiyyatının mövcud durumu, qarşıda dayanan çağırışlar barədə məlumat verib: “Uşaq ədəbiyyatı böyük ədəbiyyatın bir qoludur və bədii yaradıcılığın spesifik sahəsidir. Onun özünəməxsusluğu qorunub saxlanmalıdır. Qalib ölkənin uşaqları üçün məhz həmin ruhda ədəbiyyatın inkişaf etdirilməsi əsas prioritetlərdən olmalıdır”.

Daha sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026