BDU-da Milli Musiqi Günü qeyd olunub

18/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.

Əvvəlcə dahi bəstəkarın müəllifi olduğu Dövlət himni səsləndirilib.

Qeyd olunub ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınıb. Azərbaycan musiqisinin inkişafında əvəzsiz rol oynayan Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar hər il ölkəmizdə təntənəli mərasimlər keçirilir.

Kompozisiyada dahi bəstəkarın “Aşıq Cünun” havası, “Arşın mal alan” operasından “Aşiq oldum” ariyası, “Leyli və Məcnun” operasından görüş səhnəsi, “Qaragöz” musiqisi, “Koroğlu” uvertürası təqdim olunub.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026