BDU-da “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib

04/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tarix, Hüquq və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib. Tədbirdə BDU-nun Tarix fakültəsinin dekan müavini  Bəxtiyar Nəbiyev  çıxış edərək bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycanın  tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin gündə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin müstəqilliyinin qorunmasında və daha da möhkmlənməsində, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunması və şanlı qələbəmizdən bəhs edib.

Sonra məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, Milli Məclisin üzvü Cavid Osmanov bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində vətənimiz müstəqillik əldə etmək şansını qazansa da onu itirmək təhlükəsi ilə də üz-üzə qaldı. Bu dönəmdə qədirbilən xalqımız Azərbyacanı bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət olan Ümummilli lider Heydər Əliyevi təkidlə yenidən ölkəmizin siyasi rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev həmin dövrdə ilk növbədə Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, vətədaş müharibəsinin qarşısını aldı, sonra vətənimizin davamlı, hərtərəfli inkişafını təmin etdi. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkə iqtisadiyyatı, hərbi sənayesi və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın qloballaşan dünyada öz layiqli yerini tutması ilə nəticələnib.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024