BDU-da Milli Qurtuluş Günü münasibəti ilə tədbir

14/06/2017

Bu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. BDU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil qoyulması mərasimi ilə başlayan tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Milli Qurtuluş Gününün əhəmiyyətindən danışan rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlamasından, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi yeni bir ideologiyanın əsasının qoyulmasından bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmlənməsi və dünyada tanınması istiqamətində tarixi xidmətlərini vurğulayan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüb, ulu öndər Heydər Əliyevin apardığı siyasətin Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıblar.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

 

Mətbuat və İnformasiya şöbəsi, 14 iyun 2017-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026