BDU-da milli-mənəvi dəyərlər müzakirə olunub

28/02/2020

Bakı Dövlət Universitetində (BDU) Sosial Elmlər və Psixologiya ilə Fizika fakültəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.

BDU-nun faəliyyət planına uyğun olaraq baş tutan tədbiri giriş sözü ilə açan  Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə milli-mənəvi dəyərlərimiz, dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və digər bu kimi önəmli anlayışlar haqqında ətraflı məlumat verib.

Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində Prezident cənab İlham Əliyevin əhatəli və təsirli təbrik nitqinin Universitet üçün fəaliyyət proqramı olduğunu diqqətə çatdırıb. Müasir dünyada elmin və təhsilin rolundan danışan M.Ramazanov tələbələri daima Azərbaycan elmini beynəlxalq müstəvidə təmsil etməyə çağırıb. Bu gün Azərbaycanda elm və təhsilinin fundamental bazası hesab edilən Bakı Dövlət Universitetinin təhsil sisteminə verdiyi töhfələrdən bəhs edərkən Universitetin milli olan bütün nailiyyət və keyfiyyətlərin qorunub saxlanılmasında mühüm rolu olduğunu diqqətə çatdırıb.

Dəyirmi masada iştirak edən professorlar Əziz Məmmədov, Ləzifə Qasımova, Məcid İsmixanov Azərbaycan xalqına məxsus dini, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Məruzələrdən sonra tələbələrin iştirakı ilə keçən dialoq-müzakirədə suallar ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026