BDU-da milli-mənəvi dəyərlər, ənənə və müasirlik mövzusunda tədbir keçirilib

02/06/2021

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK)  təşkilatçılığı ilə Sosial elmlər və psixologiya fakültəsində “Milli-mənəvi dəyərlərimiz, ənənə və müasirlik” adlı tədbir keçirilib.

Fakültənin dekan müavini İranə Məmmədli və dosent Zeynəddin Şabanov çıxış edərək qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqının bu dəyərləri sədaqətlə qorumağından, müasir qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətindən bəhs ediblər.

Daha sonra fakültənin tələbələri - Vaqif Müzəffərli, Nigar Hüseynzadə və Riad Mirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hər bir sahədə olduğu kimi, dini ibadətgahların və abidələrin bərpası, onların yenidən inşası istiqamətində gördüyü işlər barədə məlumat verib. Çıxışlarda milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd edilib.

Tədbir diskussiya formatında davam edib.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026