BDU-da millət vəkili Ceyhun Məmmədovla görüş keçirilib

12/04/2022

Bakı Dövlət Universitetində (BDU) BDU və ASAN könüllülərinin birgə təşkilatçılığı ilə millət vəkili Ceyhun Məmmədovla görüş keçirilib.

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüşdə millət vəkili gənclərin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, gənclərə öz tövsiyələrini verib. Qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz Aprel döyüşlərində layiqli qələbə qazanıb və düşmən təxribatının qarşısını rəşadətlə alıb. Natiq həmçinin uğurlu əks-hücum nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın və vacib yüksəkliklərin işğalçılardan azad edilməsindən bəhs edib. Millət vəkili Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbəmizin təməli olduğunu və xalqın vətənpərvərlik ruhunu alovlandırdığını deyib.

Daha sonra  könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026