BDU-da millət vəkili, professor Kamilə Əliyeva ilə görüş

31/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində millət vəkili, BDU-nun Genetika kafedrasının müdiri, professor Kamilə Əliyeva ilə görüş keçirilib.
Görüşdə Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova 105 yaşını qeyd etməyə hazırlaşan Universitetdə həyata keçirilən yubiley tədbirlərindən danışıb. Afət Məmmədova qeyd edib ki, Kamilə Əliyeva orta məktəbi qızıl medalla bitirib, bir imtahandan “əla” qiymət almaqla BDU-nun Biologiya fakültəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra isə BDU-da müəllim, baş müəllim, dosent kimi çalışıb. Biologiya elmləri doktoru, BDU-nun professoru olan Kamilə Əliyeva insan genetikası, tibbi genetika, molekulyar genetika, sitologiya sahələrində müxtəlif dərslik, dərs vəsaitləri və elmi məqalənin müəllifidir. O, eyni zamanda millət vəkili kimi geniş ictimai-siyasi fəaliyyətlə məşğuldur.
Professor Kamilə Əliyeva gənclərə uğurlu karyera qurmağın əzmkarlıq və çalışqanlıqdan keçdiyini bildirib, alim, pedaqoq və millət vəkili kimi fəaliyyəti ilə bağlı onları məlumatlandırıb. O, əvvəlki dövrlə müqayisədə bugünkü  tələbələrin intellekt səviyyəsinin daha yüksək olduğunu, peşəkar mütəxəssis kimi yetişmək üçün çoxlu imkanlar yarandığını deyib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026