BDU-da “Mir Cəlal Paşayev-115” adlı sərgi kitab sərgisi

27/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası görkəmli yazıçı, böyük ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr olunmuş kitab sərgisi təşkil edib. Sərgidə ədibin elmi məqalə, publisistik-tənqidi yazı, hekayə və irihəcmli əsərlərindən ibarət 80-ə yaxın nəşr, dərslik və dərs vəsaiti, o cümlədən onun haqqında yazılan kitablar, biblioqrafik göstəricilər nümayiş olunur.

Sərgidə müxtəlif dillərdə olan kitablar sırasında yazarın həyatda ikən işıq üzü görən, onun böyük zəhmətinin bəhrəsi olan “Füzulinin poetik xüsusiyyətləri” (1940), “Радось” (1950), “Yaşıdlarım” (1955), “Füzuli sənətkarlığı” (1958), “Şəfəqdən qalxanlar” (1972), “Silah qardaşları” (1974) və s. əsərləri yer alıb. Sərgidə böyük yazıçının 1938-ci ildə yazdığı və ona təkcə Azərbaycanda deyil, ölkə xaricində də şöhrət qazandıran “Bir gəncin manifesti”  romanının müxtəlif dillərdə və illərdə nəşr olunmuş nüsxələri də nümayiş olunur. Həmçinin alimin qızı, BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayevanın Elmi Kitabxanaya hədiyyə etdiyi kitablar da sərgidə yer alır.

BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransında da nümayiş olunan sərgi konfrans iştirakçılarının, habelə qonaqların böyük marağına səbəb olub.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026