BDU-da Əmirxan Xəlilovun 75 illiyi qeyd olunub

06/12/2012

Bu gün Bakı Dövlət Universitetində (BDU) dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Əmirxan Xəlilovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev professor Ə. Xəlilovun ömür yolundan, səmərəli elmi və pedaqoji fəaliyyətindən danışıblar.
Qeyd olunub ki, Əmirxan Xəlilov 1961-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, 1968-ci ildə “Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik, 1987-ci ildə isə “Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Alim 170-dən artıq məqalənin, 5 monoqrafiyanın, 8 kitabın müəllifidir.
Sonra professorlar Qara Namazov, Cəlil Nağıyev və digər çıxış edənlər Ə. Xəlilovun elmə verdiyi töhfələrdən danışıb, ona yeni nailiyyətlər arzulayıblar.

Mətbuat və İnformasiya şöbəsi,  06 dekabr 2012-ci il.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026