BDU-da “Məişətdə baş verən neqativ hallara qarşı mübarizə" mövzusunda tədbir keçirilib

30/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində "Məişətdə baş verən neqativ hallara qarşı mübarizə" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə məişətdə neqativ hallar, məişətdə yaranan problemlər, problemlərin həlli yoları müzakirə edilib.

Tədbiri giriş sözü ilə dekan müavini dosent İranə Məmmədli açaraq bu istiqamətdə gənclərin maarifləndirilməsində təhsil ocaqlarının rolundan bəhs edib. Maarifləndirmə işlərinin və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayan İ.Məmmədli eyni zamanda bu istiqamətdə təkliflərini diqqətə çatdırıb.

Sonra Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Şahnaz Aslanova, Sosial iş kafedrasının müdiri dosent Üzeyir Şəfiyev bu istiqamətdə cəmiyyətdə həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi və təhlil edilməsi, xüsusi ilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi haqqında geniş məlumat verib.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026