BDU-da “Əmək bazarında yeni çağırışlar və perspektivlər” mövzusunda vebinar keçirilib

25/11/2021

Bakı Dövlət Universitetində (BDU) “Əmək bazarında yeni çağırışlar və perspektivlər” mövzusunda onlayn vebinar keçirilib. Vebinarda Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatların ölkəmizin bu sahədə də reytinqinin getdikcə artmasına şərait yaratdığı vurğulanıb, ölkə başçısı tərəfindən bu sahədə həyata keçirilən islahatlar diqqətə çatdırılıb və bu cür aktual mövzularda keçirilən tədbirlərin tələbələrin gələcək karyeralarının formalaşmasına təsirindən bəhs olunub. BDU-da keçirilən təlim və seminarlardan bəhs olunub, ümumilikdə Universitetdə əmək bazarında yeni çağırışlara həsr olunmuş təlimlərin keçirildiyini qeyd edilib.

Daha sonra mövzu ətrafında Dövlət Məşğulluq Agetentliyinin Əmək bazarının təhlili və inkişaf departamentinin müdiri Elman Sadıqov, “Paşa Sığorta” ASC-nin İnsan resursları şöbəsinin istedadların cəlb edilməsi üzrə baş mütəxəssisi Elgün Qurbanov, “Yüksəliş” müsabiqəsinin qaliblərindən, 189 taxi xidmətinin direktoru Samir Kərimov, 294 nömrəli məktəbin müəllimi, Təhsil Nazirliyinin V qrant müsabiqəsinin layihə qalibi Gülnar İsmayılova "Gənclərin uğurlu karyera yolu" mövzusunda interaktiv təqdimatla çıxış ediblər.

Çıxışlarda ötən dövrdə əmək bazarında özünü göstərən proseslərdən bəhs edərək, bu kontekstdə məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildiriblər. Vebinarda milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin eyni zamanda əmək bazarında inkişaf meyillərini stimullaşdırmağa yönəldiyi qeyd olunub, iqtisadiyyatın innovativ inkişafının əmək bazarında peşə-ixtisas bacarıqları üzrə işçi qüvvəsinə tələbin də bu istiqamətdə dəyişməsini şərtləndirdiyi diqqətə çatdırılıb.

Vebinar tələbələrin mövzu ətrafında suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026