BDU-da “Əmək bazarının müasir vəziyyəti və yeni hədəflər” mövzusunda təlim

18/04/2022

Bakı Dövlət Universitetində (BDU) “Əmək bazarının müasir vəziyyəti və yeni hədəflər” mövzusunda təlim keçirilib.  

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov Prezident İlham Əliyev tərəfindən məşğulluq sahəsində həyata keçirilən islahatların əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artmasına şərait yaradır. Natiq BDU-da mütəmadi olaraq əmək bazarında yeni çağırışlara həsr olunmuş təlimlərin keçirildiyini qeyd edib.  

Sonra mövzu ətrafında Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov interaktiv təqdimatla çıxış edib.  

Təlimçi çıxışında Azərbaycanın əmək bazarının xüsusiyyətlərini təhlil edib, məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib.

Təlim mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026