BDU-da “Əmək münasibətlərinin tənzimlənməsində insan hüquqlarının rolu” mövzusunda təlim keçirilib

13/12/2021

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Əmək münasibətlərinin tənzimlənməsində insan hüquqlarının rolu” mövzusunda təlim keçirilib. Universitetin bir çox fakültələrinin tələbələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər haqqında məlumat verilib. İnsan hüquqlarının bütün sahələrdə qorunması istiqamətində, xüsusən əmək münasibətlərinin tənzimlənməsində aparılan islahatların nümünəyə çevrildiyi bildirilib.

Təlimçi, hüquq fakültəsinin müəllimi Yavər Məmmədova geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, işçilər işə daxil olduqda iş prosesində onlarla işəgötürən (təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir. Bu münasibətlərin xüsusiyyətləri və tənzimlənməsi barədə geniş məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026