BDU-da əmək yarmarkası keçirilib

11/04/2019

2019-cu il 11 aprel tarixində Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib. Yarmarka tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə reallaşdırılıb.  20-dək müəssisənin  təmsil olunduğu  tədbirdə iştirakçılar idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. Əmək yarmarkasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, SOCAR AQŞ, BP Azərbaycan, “Azərsu”ASC, Deloitte şirkəti, TAC MMC, Atəşgah, Standart İnsurance sığorta şirkətləri, “AzerGold” QSC, Sinteks MMC, Xalq Bank, Kapital Bank, Yapı Kredi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşviyyat Xidməti, Psixologiya Elmi Tədqiqat İnstitutu və Narınc Uşaq Psixologiya Mərkəzi vakant iş yerlərini təklif edib.


Mətbuat və İnformasiya şöbəsi, 11 aprel 2019-cu il

KİV-də yayımlananlar



Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026