BDU-da əməkdaşların III doza (buster) vaksinasiya prosesinə başlanılıb

22/11/2021

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq könüllü şəkildə peyvəndlənmə prosesində iştirak edirlər.

BDU-nun müraciəti əsasında Universitet ərazisində yerləşən 30 saylı şəhər poliklinikasında bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səyyar vaksinasiya məntəqəsi fəaliyyətə başlayıb.

İki doza peyvənd olunmasından 150 (yüz əlli) gün keçmiş əməkdaşlar III doza (buster) peyvəndlənmədə iştirak edirlər.

TƏBİB səyyar vaksinasiya məntəqəsində 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub.  Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

BDU əməkdaşları III doza peyvəndlənmə üçün məntəqəyə müraciət edir, könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunurlar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.

Vaksinasiya proses sabah da davam edəcək.

Bütün əməkdaş və tələbələri vaksinasiya prosesində iştirak etməyə çağırırıq.

 

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026