BDU-da əməkdaşlıq müqavilələri imzalanıb - VİDEO

03/05/2014

Qafqaz Universitetləri Birliyinin (KÜNİB) tanıtım günləri çərçivəsində adıçəkilən Birliyə daxil olan universitetlərin, o cümlədən digər adi məktəblərin rektorları bu gün Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov onları Bakı Dövlət Universitetində görməkdən şad olduğunu bildirib. Tanınmış alimlərin universitetə gəlişindən məmnunluq ifadə edən rektor, BDU-nun beynəlxalq əlaqələrindən danışıb və dünyanın ən böyük elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində iş apardığını qeyd edib. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açan rektor, BDU-nun Türkiyənin bir çox ali məktəbləri ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. Rektor bu günkü görüşün əlaqələrin davamlı xarakter daşımasında böyük zəmin yaradacağını bildirib. 29 ali təhsil ocağının iştirakı etdiyi görüşdə onların bəziləri ilə əməkdaşlıq müqaviləsinin olduğunu deyən rektor bu gün daha bir neçə universitetlə belə müqavilənin imzalanacığını diqqətə çatdırıb. Çıxış edən qonaqlar – Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz, Giresun Universitetinin rektoru Aygün Attar, Atatürk Universitetinin rektoru Hikmət Koçak Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən bəhs ediblər. Sonra Bakı Dövlət Universiteti ilə Türkiyənin Beykent, İzmir Katip Çelebi, Erzincan, Aksaray, Amasya, Mustafa Kemal, Karamanoğlu Mehmetbey, Çankaya, Niğde, Uşak, Şırnak, Bozok, Fatih, Turgut Özal, Süleyman Şah, Aband İzzət Baysal, Ahbet Yesevi, Kilis 7 Aralık və Düzce Universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən əməkdaşlıq müqavilələrini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və adıçəkilən universitetlərin rektorları imzalayıblar.

Mətbuat və İnformasiya şöbəsi, 03 may, 2014-ci il.

Xəbərlər

Küsülüləri barışdıran çərşənbə

Küsülüləri barışdıran çərşənbə
19/03/2024

Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti

Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
19/03/2024

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub
19/03/2024