BDU-da Əməkdar jurnalist Elçin Alıoğlu ilə görüş

08/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, Əməkdar jurnalist, siyasi şərhçi Elçin Alıoğlu ilə görüş keçirilib.

Fakültənin dekanı, professor Vüqar Zifəroğlu Elçin Alıoğlunun jurnalistika sahəsindəki zəngin təcrübəsi və peşəkarlığı barədə tələbələri məlumatlandırıb.

Daha sonra çıxış edən Elçin Alıoğlu jurnalistikada illər ərzində topladığı təcrübələrdən danışıb. O, medianın mövcud vəziyyətinə nəzər salaraq, peşə etikası, obyektivlik prinsipi və jurnalistin ictimai məsuliyyəti kimi önəmli mövzulara toxunub.

Əməkdar jurnalist informasiya müharibələrinin və dezinformasiyanın artdığı müasir dövrdə jurnalistlərin daşıdığı məsuliyyətin daha da aktuallaşdığını vurğulayıb.

Qonaq tələbələrə araşdırma bacarıqlarını inkişaf etdirməyi, öz üzərlərində fasiləsiz işləməyi və müasir medianın çağırışlarına cavab verməyi tövsiyə edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026