BDU-da əməkhaqları artırıldı

23/10/2019

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə aparılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.
İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU əməkdaşlarının, o cümlədən universitetin Qazax filialı kollektivinin əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.
İclasda həmçinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarına uyğun olaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin artırılması ilə əlaqədar maliyyə imkanları nəzərə alınmaqla gələcəkdə də əməkhaqlarının davamlı olaraq artırılması məsələsinə baxılacaqı qeyd edilib.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir
09/10/2024