BDU-da məktəblilər üçün infosessiya

23/01/2026

Bakı şəhəri 270 nömrəli tam orta məktəbin X sinif şagirdləri üçün Bakı Dövlət Universitetində (BDU) infosessiya keçirilib.

Şagirdlər BDU-nun Heydər Əliyev, Genetika və təkamül, Faydalı qazıntılar muzeyləri, həmçinin Universitetin unikal layihəsi olan “Eko Məkan” ilə yaxından tanış olublar.

İnfosessiya zaman şagirdlərə son illər BDU-da aparılan yenidənqurma işləri, tədris prosesində tətbiq olunan yeniliklər, dəyişikliklər, Universitetin nüfuzlu beynəlxalq reytinqlərdə əldə etdiyi yüksək nəticələr, tələbələrin yerli və beynəlxalq uğurları barəsində məlumat verilib. Şagirdlər BDU ilə xarici ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq memorandumları və ikili diplom proqramlarının yaratdığı geniş imkanlar haqqında da məlumatlandırılıblar.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026