BDU-da “Məktəblilərarası astronomiya olimpiadası” keçirilib

01/12/2019

Bakı Dövlət Universitetində (BDU) “Məktəblilərarası astronomiya olimpiadası” öz işinə başlayıb.

BDU-nun rektoru Elçin Babayev, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadaya qatılan 150-yə yaxın IX-X sinif şagirdlərini salamlayaraq öz bilik və bacarıqlarını nümayiş etdirmək istiqamətində onlara uğurlar arzulayıblar.

Çıxışlarda qeyd olunub ki, “Məktəblilərarası astronomiya olimpiadası”nın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

"Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Abdullah Bazarov olimpiadanın şərtləri, təqdim edilən suallar barədə ümumi məlumat verdikdən sonra “Kainatın yaradılması və təkamülü: zamana səyahət” adlı elmi-kütləvi film nümayiş olunub.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə baş tutan “Məktəblilərarası astronomiya olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçirilib.

Olimpiadanım qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026